Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin dekabr ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, dekabrın 21-də Oğuz rayonunun "Azərbaycan-60" qəsəbəsində müvəqqəti məskunlaşmış əsasən Xocalı rayonunun Kosalar kəndindən olan sakinlərlə səyyar qəbul - görüş keçirib. Səyyar qəbul - görüşdə Şahmar Usubovla birgə rayonunun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər. Görüşdə əsasən işlə təminolunma üçün müraciətlər edilib.